İran İordaniyada yerləşən ABŞ hərbi mövqelərinə bir neçə ballistik raket buraxıb. Bu barədə İranın “Mehr” agentliyi məlumat yayıb. Xəbər sentyabrın 4-də regional mediada da dərc olunub.
İsrailin “12-ci kanal”ı İordaniyada güclü partlayış səslərinin eşidildiyini bildirib və bunu İranın raket zərbələri ilə əlaqələndirib.
İordaniya tərəfi isə raketlərin ölkənin hava hücumundan müdafiə sistemləri tərəfindən ələ keçirildiyini bildirir. İranın son günlərdə ABŞ obyektlərinə qarşı regionda raket və dron hücumları həyata keçirdiyi barədə başqa mənbələr də məlumat yayıb.
Denmedia.az

