İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) “bütün bombaların atası” adlandırdığı yeni silah növünü təqdim etməyə hazırlaşdığını açıqlayıb.
Bu barədə İran mətbuatı məlumat yayıb.
“Biz ‘bütün bombaların atası’nın təqdimatına hazırlıq mərhələsindəyik. Bu, düşmən üçün yeni bir şeydir”, – deyə SEPAH nümayəndəsi Hüseyn Möhebbi bildirib.
O, İranın yeni silahının texniki xüsusiyyətləri, dağıdıcı gücü və təqdimat tarixi barədə əlavə məlumat verməyib.

