İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ ilə uzunmüddətli müharibəyə hazırlaşdığını bəyan edib.
Denmedia.az Mehr agentliyinə istinadən xəbər verir ki, bunu SEPAH-ın nümayəndəsi, briqada generalı Hüseyn Mohebbi bildirib.
“Müharibə davam edir və SEPAH uzunmüddətli müharibəyə hazırlaşıb. Korpus əvvəllər də hazır idi, lakin indi uzunmüddətli müharibəyə daha yaxşı hazırdır”, – deyə o vurğulayıb.
Mohebbi mövcud vəziyyəti ABŞ üçün “tarixi və rüsvayçı məğlubiyyət” kimi qiymətləndirərək Vaşinqtonun bir sıra istiqamətlərdə strateji uğursuzluqlarla üzləşdiyini iddia edib.
Onun sözlərinə görə, ABŞ Hörmüz boğazını yenidən aça bilməyib, regiondakı hərbi bazaları və kəşfiyyat obyektlərinin zəif tərəfləri üzə çıxıb. O, həmçinin Amerika hərbi texnikasının İranın imkanları qarşısında səmərəsiz olduğunu irəli sürüb.
SEPAH nümayəndəsi ABŞ-ın regionda nüfuzunu itirdiyini də bildirib.
“Amerika müharibəni deyil, sistemi itirib”, – deyə Mohebbi qeyd edib.
O, İranın hazırda regionda yeni təhlükəsizlik sisteminin formalaşdırılmasında iştirak etdiyini qeyd edib.

