Portuqaliyalı müdafiəçi Pepe futbolçu karyerasını bitirməyə yaxındır.
“Den.az” xəbər verir ki, bu barədə jurnalist Rudi Qalettin məlumat yayıb.
Səudiyyə Ərəbistanı klubları azad agent statusunda olan oyunçunu transfer etməkdə maraqlıdır. Lakin 41 yaşlı futbolçu peşəkar karyerasını başa vurmaq istəyir.
Daha əvvəl Pepe ilə İspaniya “Selta”sının maraqlandığı haqda xəbərlər yayılmışdı.
Xatırladaq ki, Pepenin son klubu “Portu” olub. O, 2019-cu ilin yanvarında azad agent kimi “Beşiktaş”dan Portuqaliya klubuna keçib.
Ötən mövsüm müdafiəçi bütün turnirlərdə 34 oyuna çıxıb, 3 qol vurub və 2 qolun ötürməsini verib.
Pepe karyerasını başa vurur

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.