28 
iyl
2023
20:00
225

"Qarabağ" Şahruddinə İngiltərədən əvəzləyici tapdı

28 iyl, 2023
20:00
225

"Qarabağ" Şahruddinə İngiltərədən əvəzləyici tapdı

UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində səfərdə Polşa "Rakuv"una 2:3 hesabıyla uduzan "Qarabağ" qapı mövqeyi ilə bağlı hərəkətə keçib.
 
Ağdam təmsilçisinin əsas "çərçivə qoruyucusu" Şahruddin Məhəmmədəliyevin sözügedən görüşdə buraxdığı kobud səhvlər və ardından edilən kəskin tənqidlər son ölkə çempionunu bu addımı atmağa vadar edib.

Den.az bildirir ki, Offsideplus.az-ın əldə etdiyi məlumata görə, "Qarabağ" İngiltərənin "Haddersfild" klubunun qapıçısı Li Niçollzla maraqlanır.
"Atlılar" Çempionşip təmsilçisində çıxış edən 30 yaşlı qolkiperi Şahruddin Məhəmmədəliyevə əvəzləyici olaraq görür.
Qeyd edək ki, "Uiqan" klubunun yetirməsi olan Niçollzun "Haddersfild"lə 2026-cı ilədək müqaviləsi var. Onun transfer dəyəri isə 900 min avrodur.
Onu da bildirək ki, təcrübəli "əlcək sahibi" çiynindən aldığı zədə səbəbilə bir müddət yaşıl meydanlardan kənarda qalacaq.
Offsideplus.az
99401014 nicholls rex

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar