Dərinin qaşınması, çiyin ağrısı və ağız quruluğu kimi görünən sadə simptomlar diabetdən tutmuş dəri və ağciyər xərçənginə qədər ciddi xəstəliklərin ilkin əlaməti ola bilər. Bu barədə Britaniyanın Milli Səhiyyə Xidmətinin (NHS) həkimi Din Eggitt və Lyublyana Universitetinin dermatoloqu Aleksandr Godiç Daily Mail-ə açıqlama veriblər.
Eggittin sözlərinə görə, çiyin ağrısı bəzən qaraciyər çatışmazlığına, ağciyər xərçənginə və ya öd kisəsi problemlərinə işarə edir.
-
Sağ çiyindəki ağrı çox vaxt öd kisəsi xəstəlikləri,
-
Sol çiyindəki isə ürək problemləri ilə əlaqələndirilir.
O həmçinin qeyd edib ki, gecə tərləməsi və qəfil arıqlama halları xərçəng, limfoma və ya vərəm kimi xəstəliklərin xəbərçisi ola bilər.
Doktor Godiç əlavə edib ki, aşkar səbəb olmadan yaranan güclü qaşınma böyrək çatışmazlığı və ya qan xərçəngi növləri ilə bağlı ola bilər. Bu halda bədəndə yığılan toksinlər dərialtına toplanır və qaşınma hissinə səbəb olur.
Həkimlər bildirirlər ki, davamlı ağız quruluğu diabet və ya autoimmun xəstəliklərə işarə edə bilər. Hətta bu diaqnozlar təsdiqlənməsə belə, azalmış tüpürcək ifrazı özü belə təhlükəlidir, çünki tüpürcək yalnız diş və diş ətini deyil, bütün orqanizmi qoruyur.
Elmi araşdırmalar göstərib ki, ağız boşluğundakı bəzi bakteriyalar orqanizmə keçərək revmatik artrit, Altsheymer, insult, ürək-damar xəstəlikləri və yoğun bağırsaq xərçəngi riskini artırır.

