Klinik psixoloq Vladimir Krupin panik atak zamanı nəfəsin izlənilməsinin vəziyyəti yüngülləşdirə biləcəyini bildirib.
Onun sözlərinə görə, panik atak əsassız ölüm qorxusu ilə müşayiət olunan güclü təşviş vəziyyətidir.
Bu zaman insan həyatı üçün real təhlükə olmasa da, bunu təhlükə kimi qəbul edir və güclü panika yaşayır.
Mütəxəssis qeyd edib ki, panik atak zamanı nəfəs səthi olur və orqanizm kifayət qədər oksigen ala bilmir.
Bu səbəbdən belə hallarda nəfəsi yavaş və dərin şəkildə tənzimləmək vacibdir.

