Psixoloq Aleksandra Miller bildirib ki, münasibətlərdə qadının əsas ehtiyacı özünü təhlükəsizlikdə hiss etməkdir.
O, bu barədə NEWS.ru-ya açıqlamasında danışıb.
Mütəxəssisin sözlərinə görə, münasibətdə qadının kişidən gözlədiyi əsas şey pul, status və ya hədiyyə deyil. Əsas emosional ehtiyac güvən və təhlükəsizlik hissidir.
“Qadın əslində kişidən nə gözləyir? Bu, pul, status və ya hədiyyə deyil. Əsas emosional ehtiyac təhlükəsizlikdir. Qadınlar üçün bu, ilk növbədə belə bir əminlikdir: ‘Yanımda məni satmayacaq, çətin anda mənə dəstək olacaq insan var’. Bu, tərəfdaşınızın sizin üçün etibarlı dayaq olduğunu dəqiq bilməyiniz və onun yanında rahat ola bilməyinizdir”, — deyə Miller bildirib.
Psixoloq qeyd edib ki, təhlükəsizlik ehtiyacı qadın təbiətində dərin kök salıb. Onun sözlərinə görə, bu hiss olmadıqda qadın susuz qalan çiçək kimi solmağa başlayır. Miller münasibətlərdə səmimi qayğı, istilik və hörmətin vacibliyini vurğulayıb.
Ekspert bildirib ki, qadın psixoloji baxımdan özünü təhlükəsizlikdə hiss edəndə, dəyər gördüyünü, qayğı ilə əhatə olunduğunu, arzuolunan və cazibədar olduğunu hiss edəndə münasibətdə həqiqi təməl yaranır.
“Bunun olmaması qadının uzaqlaşmasına, marağını itirməsinə, ən pis halda isə tamamilə getməsinə gətirib çıxarır”, — deyə psixoloq yekunlaşdırıb.

