Müasir fikirlərin əksinə olaraq, qısqanclıq yalnız etibarsızlıq və emosional zəiflik göstəricisi deyil, bu hiss də insan üçün vacibdir. Bunu psixoloq Natalya Şankina “Radio 1”ə açıqlamasında bildirib.
Mütəxəssisin sözlərinə görə, insanın bütün emosiyaları müəyyən bir siqnal verir və təsadüfi deyil:

“Bizdə olan bütün hisslər bizə lazımdır. İstər xoş, istər xoşagəlməz olsun, hamısı bizə nəyisə göstərir. Qısqanclıq da müəyyən bir məna daşıyır.”
Psixoloq vurğulayıb ki, hissləri “yaxşı” və “pis” kimi bölmək düzgün deyil. Əsas məsələ qısqanclığın insana nə demək istədiyini və bu emosiyanın arxasında hansı daxili proseslərin dayandığını anlamaqdır.


