Ailə psixoloqu Qalina Reyntal bildirib ki, bəzi kişilər münasibətlərdə nəzarəti saxlamaq üçün işləməyən qadınları seçməyə meylli olur.
Bu barədə NEWS.ru məlumat yayıb.
Onun sözlərinə görə, müasir qadınlar isə getdikcə fərqli yol seçir — onlar maliyyə baxımından müstəqil olmağa üstünlük verir.
“Müasir qadınlar ailədə tam ‘ərimək’ istəmir. Onlar üçün müstəqillik, maliyyə azadlığı və özünə güvən hissi önəmlidir.”
Psixoloq qeyd edib ki, əvvəllər “işləmə, mən təmin edərəm” kimi ifadələr qayğı kimi qəbul olunurdusa, bu gün artıq daha çox məhdudiyyət kimi görülür.
“Pul tarixən nəzarət vasitəsi olub. Bu alət aradan qalxdıqda, münasibətlərdə balans da dəyişir.”
Reyntal vurğulayıb ki, əvvəllər qadınlar əsas rolunu ev və analıqda görürdü. Lakin indi vəziyyət dəyişib — qadınlar həm şəxsi, həm də peşəkar inkişafı paralel aparmaq istəyir.
Onlar karyera qurmaq, bacarıqlarını inkişaf etdirmək və öz maraqlarını qorumaq istəyir.

