Boynu şaqqıldatmaq hər zaman sağlamlıq üçün təhlükəli deyil. Nevroloq və neyrofizioloq Valeri Novoselov bildirib ki, boyunda yaranan bu səs bəzi insanlarda orqanizmin fizioloji xüsusiyyəti ola bilər.
Mütəxəssisin sözlərinə görə, əgər insan boynunu şaqqıldatdıqdan sonra özünü daha rahat hiss edirsə və bu hal heç bir narahatlıq yaratmırsa, bunu hər zaman patoloji vəziyyət kimi qiymətləndirmək olmaz.

Lakin boynu şaqqıldatdıqdan sonra huşun itirilməsi və ya digər kəskin narahatlıqlar yaranarsa, vəziyyət artıq ciddi hesab edilməlidir.
Nevroloq qeyd edib ki, huşun itirilməsi beynin dərin və kötük strukturlarını qanla təmin edən arteriyalarla bağlı problemlərə işarə edə bilər.
Belə hallarda mütləq mütəxəssisə müraciət etmək tövsiyə olunur.

