Qarışqa dişləməsi bəzi hallarda anafilaktik şoka səbəb ola bilər.
Ekoloq İlya Rıbalçenko LIFE.ru-ya açıqlamasında bildirib ki, gizli allergiyası olan şəxslər həşəratla təmasdan sonra ciddi risklə üzləşə bilərlər.
Onun sözlərinə görə, əgər dişləmədən sonra yalnız barmaqda şişkinlik yaranıbsa, bu, adətən yerli reaksiya hesab olunur. Lakin bədəndə səpki, ürəkbulanma, zəiflik, dodaqlarda şişkinlik və ya nəfəs almaqda çətinlik yaranarsa, bu artıq təcili tibbi yardım çağırmaq üçün ciddi səbəbdir.
Rıbalçenko qeyd edib ki, bu əlamətlər çox vaxt anafilaksiyaya işarə edir. Bu zaman insanda təzyiq düşə, qırtlaqda ödem yarana və huş itkisi baş verə bilər.
Mütəxəssis bildirib ki, belə vəziyyətdə həşərat zəhəri təkcə dişlənən nahiyəyə deyil, bütün orqanizmə təsir edir. Bəzən insanın vəziyyəti dişləmədən bir neçə saat sonra qəfil pisləşə bilər.

