Divanda daimi yatmaq qamətə mənfi təsir göstərə, həmçinin mövcud xroniki bel ağrılarını daha da gücləndirə bilər.
“Gazeta.Ru”ya açıqlamasında nevroloq və refleksoterapevt Marqarita Pavlova bildirib ki, belə yuxudan sonra insan səhərlər boyunda sərtlik, bel nahiyəsində narahatlıq və əzələlərdə gərginlik hiss edə bilər.
Həkimin sözlərinə görə, divanların əksəriyyəti gündəlik yuxu üçün deyil, oturmaq üçün nəzərdə tutulur. Onların səthi çox yumşaq, həddindən artıq sərt və ya hissələr arasında çıxıntılı ola bilər. Bu zaman onurğa fizioloji dəstəyini itirir, əzələlər tam boşala bilmir və fəqərəarası disklərə düşən yük qeyri-bərabər paylanır.

Mütəxəssis vurğulayıb ki, aylarla divanda yatmaq onurğa xəstəliklərinin kəskinləşməsi və funksional pozuntular riskini artırır.
Bununla belə, sağlam insanın arabir divanda yatması ciddi zərər yaratmaya bilər.

