Üzdə yaranan şişkinlik insanı olduğundan daha yaşlı göstərə bilər.
Bu barədə preventiv tibb üzrə həkim, kosmetoloq-estetist və yaşlanma əleyhinə metodlar üzrə mütəxəssis Anastasiya Pantus bildirib.
Onun sözlərinə görə, yaşla bağlı dəyişikliklərdən danışarkən əksər insanlar ilk növbədə qırışları düşünür. Lakin bəzi hallarda üzdəki şişkinlik görünüşə qırışlardan daha çox yaş əlavə edə bilər.
“Üz daha ağır və şişkin görünür, konturlar dəyişir, göz altında torbalar yaranır, göz qapaqları sallanır və burun-dodaq qırışları daha nəzərəçarpan olur”, – mütəxəssis bildirib.

Pantus qeyd edib ki, səhərlər yaranan adi şişkinlik oyandıqdan sonra təxminən iki saat ərzində keçməlidir.
Kosmetoloqun sözlərinə görə, üzdə şişkinliyin yaranmasının müxtəlif səbəbləri ola bilər. Bu vəziyyət həm həyat tərzi, həm də insanın sağlamlıq vəziyyəti ilə əlaqəli ola bilər.

