Yanlış dəri qulluğundan sonra dərinin intensiv şəkildə nəmləndirilməsi və aqressiv vasitələrin istifadəsinin dayandırılması vacibdir.
Bu barədə “Radio 1”ə profilaktik tibb üzrə həkim, kosmetoloq-estetist və anti-age mütəxəssisi Anastasiya Pantus bildirib.
Onun sözlərinə görə, dərini həddindən artıq tez-tez təmizləmək, pilinq etmək və yenilənməni stimullaşdıran vasitələrdən çox istifadə etmək dəri baryerinin zəifləməsinə və incəlməsinə səbəb ola bilər.
“Dərini çox tez-tez təmizlədikdə, aşındırdıqda və yenilənməni stimullaşdırdıqda o incəlir. Nəm daha sürətlə buxarlanır, qıcıqlandırıcı maddələr daha dərinə nüfuz edir və dəri buna qızartı, qaşınma, qabıqlanma və səpkilərlə reaksiya verir”, – Pantus bildirib.

Kosmetoloq vurğulayıb ki, bərpa dövründə sulfat və spirt tərkibli məhsullardan uzaq durmaq, yumşaq təmizləyicilərə üstünlük vermək lazımdır.
Mütəxəssis həmçinin dərinin nəmləndirilməsi üçün seramid, hialuron turşusu, skvalan, pantenol və niasinamid tərkibli vasitələrdən istifadə etməyi tövsiyə edib.
Onun sözlərinə görə, əsas məqsəd dərinin qoruyucu baryerini bərpa etmək və əlavə qıcıqlanmanın qarşısını almaqdır.

