Qadınlarda ürək-damar sistemi ilə bağlı ciddi problemlər bəzən gözlənilməz əlamətlərlə özünü göstərə bilər.
Bu barədə terapevt Sara Kayat televiziya çıxışında danışıb. Onun açıqlamasını “Mirror” nəşri yayıb.
Həkimin sözlərinə görə, sinənin mərkəzində təzyiq və sıxılma hissi infarktın həm kişilərdə, həm də qadınlarda ən geniş yayılmış əlamətidir. Lakin qadınlarda sinə ağrısı ilə əlaqəli olmayan simptomlara daha çox rast gəlinir.

“Qadınlarda infarktın əlamətləri çox vaxt daha az nəzərə çarpır. Bunlar həzm sistemi ilə bağlı problemlər və ya qeyri-adi yorğunluq ola bilər”, – deyə mütəxəssis bildirib.
Həkim qeyd edib ki, bu iki əlamət infarkt zamanı qəfil ortaya çıxa və ya bir neçə həftə əvvəl xəbərdaredici simptom kimi müşahidə oluna bilər.
Mütəxəssis qadınları bu cür dəyişikliklərə diqqətlə yanaşmağa çağırıb.

