Həddindən artıq pivə istehlakı qadınlarda döş xərçəngi riskini birbaşa artırır.
Bu barədə Moskva vilayəti Səhiyyə Nazirliyinin Vidnoye xəstəxanasının terapevti Zarəma Ten NEWS.ru-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, pivənin tərkibində olan fitoestrogenlər hormonal sistemin incə balansını poza bilər.
Həkim qeyd edib ki, qadınlar üçün pivədə olan fitoestrogenlərin həddindən artıq qəbulu izsiz keçmir. Bu, zahirən səsin kobudlaşması və bədəndə arzuolunmaz tüklərin yaranması ilə özünü göstərə bilər. Lakin əsas problem hormonal dövrün pozulmasıdır. Nəticədə ginekoloji xəstəliklər yarana, sonsuzluq və hamiləliyin saxlanılmaması riski arta bilər.
Bundan əlavə, alkoqolun sübut olunmuş kanserogen olduğu və qadınlarda döş xərçəngi riskini birbaşa artırdığı vurğulanıb.

