Amerikalı R&B müğənnisi Pibo Brayson 76 yaşında vəfat edib.
Variety nəşrində yayımlanan ailə açıqlamasında bildirilir ki, ikiqat “Qremmi” mükafatçısı 2 iyun 2026-cı ildə yaxınlarının əhatəsində dünyasını dəyişib. Ölüm səbəbi rəsmi olaraq açıqlanmayıb, lakin daha əvvəl ailəsi sənətçinin insult keçirdiyini bildirmişdi.
Pibo Brayson R&B janrında romantik balladaları və duetləri ilə tanınan ən məşhur ifaçılardan biri idi. Ona dünya şöhrəti qazandıran əsərlər arasında Disney animasiya filmləri üçün yazılmış mahnılar xüsusi yer tutur. Müğənni Selin Dion ilə birlikdə “Beauty and the Beast”, Recina Bell ilə duet şəklində isə “A Whole New World” mahnısını ifa edib.
Sənətçinin digər məşhur hitləri arasında “Tonight”, “I Celebrate My Love”, “If Ever You're in My Arms Again”, “Can You Stop the Rain” və “As Long as There’s Christmas” yer alır.

50 ildən artıq davam edən karyerası ərzində Brayson çoxsaylı uğurlu albomlar buraxıb və Amerika R&B səhnəsinin əsas simalarından birinə çevrilib.
Musiqi fəaliyyəti ilə yanaşı, o, televiziya layihələrində də iştirak edib. Müğənni məşhur sabun operası “One Life to Live” üçün əsas musiqi mövzusunun vokal versiyasını səsləndirib.

