Məşhur alman aktrisası Marlen Ditrixin yeganə qızı, aktrisa Mariya Riva 100 yaşında vəfat edib.
Bu barədə The Washington Post məlumat yayıb.
Rivanın ölümü yuxuda, oğlu Piter Rivanın Nyu-Meksiko ştatının Cil şəhərindəki evində baş verib.
Mariya Riva, anası kimi, kino və televiziya ulduzu olub, onlarla filmdə rol alıb və 1952 və 1953-cü illərdə “Ən yaxşı aktrisa” nominasiyasında “Emmi” mükafatına layiq görülüb.
O, uzun illər televiziyada çalışıb, həmçinin anasına həsr olunmuş bir kitab da nəşr etdirib. Riva müsahibələrində özünü daha çox Marlen Ditrixin bioqrafı kimi hiss etdiyini, nəinki sadəcə onun qızı olduğunu bildirib. O, 101 illik yubileyinə cəmi bir yarım ay qalmış vəfat edib.

