Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva yeni açıqlama yayaraq müğənninin sağ olduğunu açıqlayıb.
Azərbaycanlı müğənni Albina Pyakşeva vəfat edib.
Den.az bildirir ki, bu barədə Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva "Facebook" hesabında məlumat verib.
"Albina Pyaksheva (1993-cü il təvəllüdlü) Meksika ilə ABŞ sərhədində keçid məntəqəsini keçmək istəyərkən öldürülüb", - paylaşımda qeyd olunub.
Xatırladaq ki, Pyakşeva Bakı Caz Festivalı çərçivəsində gənc ifaçılar arasında keçirilən "I am Jazzman" müsabiqəsinin finalçısı olub, "Səs Azərbaycan" ("Azərbaycanın səsi") proqramında iştirak edib.