ABŞ-nin Florida ştatında yaşayan 63 yaşlı kişi həyat yoldaşı ilə səhər yeməyi yeyərkən başına gözlənilməz hadisə gəlib.
Den.az "Ölkə.az"a istinadən xəbər verir ki, yemək yeyərkən eyni anda həm asqıran, həm də öskürən kişi xəstəxanalıq olub.
Kişi əvvəlcə qarnında nəmlik, sonra isə kəskin ağrı hiss edib və köynəyini qaldıranda bağırsaqlarının bədənindən çıxdığını görüb. Gördüyü vəziyyətdən dəhşətə düşən həyat yoldaşı dərhal təcili yardım çağırıb.
Hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları kişinin qarnında təxminən 7,5 santimetrlik yırtıqdan bağırsaqlarının çıxdığını təsdiqləyiblər.
Təcili yardım briqadası əvvəllər heç vaxt belə bir zədə ilə qarşılaşmadığından nə edəcəklərini bilməyiblər. Dərhal işinin qarnını sarğı ilə bağlayaraq onu xəstəxanaya aparıblar.
Kişi dərhal xəstəxanaya çatdırılıb və əməliyyat olunub. Çətin əməliyyatdan sonra həkimlər kişinin bağırsaqlarını yenidən onun bədəninə yerləşdirə biliblər. Kişi 6 gün xəstəxanada qalıb və sonradan heç bir ağırlaşma olmadan evə göndərilib.
Məlum olub ki, 63 yaşlı kişi bir müddət əvvəl qarın nahiyəsindən əməliyyat olunub. Kişi eyni vaxtda öskürən və asqıran zaman əməliyyat yeri partlayıb və bağırsaqları çölə çıxıb.
"American Journal of Medical Case Reports" jurnalındakı məlumata görə, daha əvvəl prostat xərçəngindən xilas olan xəstə iki həftə əvvəl sistektomiya əməliyyatı keçirib. Kişi hadisə baş verən gün səhər həkimə gedib, tikişlərini sökdürüb və tam sağaldığını düşünərək həyat yoldaşı ilə səhər yeməyinə gedib.
Əməliyyatdan sonra nadir rast gəlinən və "Disembowelment" adlanan bu vəziyyət qarın və çanaq əməliyyatı keçirmiş hər 100 adamdan üçündə müşahidə edilir.
Eyni anda öskürən və asqıran şəxsə görün nə oldu

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.