Bakının Xətai rayonunun bəzi ərazilərində saat 10:00-dan 22:00-dək su təchizatında fasilələr gözlənilir.
Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.
Bildirilib ki, müvəqqəti fasilə yeni çəkilmiş magistral su xəttinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədardır. İşlər başa çatdıqdan sonra su təchizatı əvvəlki qrafik üzrə bərpa ediləcək.

