Avropa İttifaqı ölkələri, eləcə də Çin və Hindistan ABŞ-a qarşı birləşə bilər. Bu ehtimalı NEWS.ruya açıqlamasında politoloq-amerikanist Konstantin Bloxin, Rusiya Elmlər Akademiyasının Təhlükəsizlik Problemlərinin Tədqiqi Mərkəzinin aparıcı elmi əməkdaşı irəli sürüb. Onun sözlərinə görə, belə bir ittifaqın formalaşmasına əsas təkan Ağ Ev rəhbəri Donald Trampla qarşıdurma ola bilər.
“Hazırda hamı kiməsə qarşı birləşməyə çalışır. Tramp Avropa, Çin və Hindistanla münasibətləri korlayıb. Bu isə həmin ölkələr arasında yaxınlaşma üçün stimul yaradır. Aydındır ki, Hindistanla bağlı müəyyən strateji mədəniyyət mövcuddur, çünki Qərb Nyu-Dehlini öz xarici siyasətinə cəlb edib və onu Pekinə qarşı yönəltməyə çalışıb. Trampa qarşı narazılıq fonunda hamı bir-biri ilə münasibətləri qaydaya salmağa çalışır. Dünya siyasətinin məhz bu istiqamətdə inkişaf edəcəyi aydındır: koalisiyalar, əks-koalisiyalar, ittifaqlar, alyanslar və qarşı-alyanslar. Əgər ABŞ Çin, Hindistan və Avropa ilə münasibətləri daha da gərginləşdirərsə, bu, onlara qarşı birləşməyə gətirib çıxaracaq”, — deyə Bloxin izah edib.

