Oyuncu Didem Balçın həyatındakı insanları şüurlu şəkildə azaltdığını açıqlayıb. Sosial mediada kəskin qərar verdiyini deyən Balçın bildirib ki, artıq hər kəsi məmnun etməyə çalışmır:
“Əvvəllər hamını sevim, hamı məni sevsin kimi bir təlaşım vardı. Artıq belə deyiləm. Bir səhər oyandım və sosial media hesabımdan 800 nəfəri sildim. Bir dostum mesaj yazdı ki, ‘Bu məni çox incitdi’. Nə incitdi? Üç ildir salam yox, necəsən yox. Atam vəfat edəndə yanımda deyildin. Daha 800 nəfəri də siləcəyəm.”
Balçın vurğulayıb ki, bu addım onun üçün emosional təmizlənmə və sərhədlərini qorumaq deməkdir.

