Cənubi Koreyanın avtomobil istehsalçısı Kia Corp. 2025-ci ildə ABŞ-a idxal olunan məhsullara tətbiq edilən rüsumlar səbəbindən 3,3 trln von (təxminən 2,3 mlrd dollar) itki ilə üzləşib. Bu barədə şirkətin mətbuat açıqlamasında bildirilir. Qeyd olunur ki, təkcə dördüncü rübdə itkilər təxminən 1 trln von təşkil edib.
Oktyabr–dekabr aylarında şirkətin gəliri 3,5% artaraq 28,09 trln vona, pərakəndə avtomobil satışları isə 1,6% yüksələrək 776 min ədədə çatıb.
Bununla yanaşı, operativ mənfəət üçdə bir azalaraq 1,84 trln vona düşüb (analitiklərin proqnozu 1,9 trln von idi). Xalis mənfəət isə dördüncü rübdə 15,5% azalaraq 1,47 trln von olub.
Çərşənbə günü Kia-nın səhmləri 2,5% ucuzlaşıb. İlin əvvəlindən şirkətin bazar kapitallaşması 22,9% artıb.

