Aparılacaq tikinti işləri ilə əlaqədar olaraq Bakının Xətai rayonunda nəqliyyatın hərəkətinə tam məhdudiyyət tətbiq olunub.
Babək prospektindən Xəqani Rüstəmov küçəsinədək olan hissədə avtomobillərin hərəkəti tikinti işləri başa çatanadək dayandırılıb. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Sürücülərə müvəqqəti olaraq Süleyman Vəzirov küçəsindən istifadə etmələri tövsiyə olunur.

