İsrailin xarici işlər naziri Gideon Saar yanvarın 26-da Azərbaycana səfər edəcək.
DenMedia.az "Report"a istinadən xəbər verir ki, bu barədə Azərbaycan-İsrail Alyansı AIA Global məlumat verib.
Səfər proqramında bir sıra görüşlər, o cümlədən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla danışıqlar planlaşdırılıb.
Məlumata görə, Bakıdan sonra Gideon Saar Qazaxıstana gedəcək.

