İsrail Qəzza sektorunda türk hərbçilərinin iştirakına qəti şəkildə qarşı çıxıb.
DenMedia.az İsrail mediasına istinadən xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Gideon Saar Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Szijjarto ilə birgə mətbuat konfransında açıqlama verib.
Saarın sözlərinə görə, Qəzzaya öz kontingentlərini göndərmək istəyən ölkələr İsrailə qarşı ədalətli münasibət göstərməli və düşmənçilik nümayiş etdirməməlidirlər.
“Ərdoğanın rəhbərliyi altında Türkiyə düşmən mövqeyi tutub — təkcə sözlə deyil, həm də diplomatik və iqtisadi addımlarla. Türk ordusunun Qəzzaya daxil olmasına icazə vermək ağlabatan olmazdı, və biz bu barədə amerikalı dostlarımıza məlumat vermişik,” — deyə İsrail naziri vurğulayıb.

