"Bir sənət adamı var idi. 15 il efirlərə çıxıb ağzına gələni, biləni-bilməyəni, söyüşə qədər söydü. Ona dillənmədim, Allahın məhkəməsinə buraxdım.
Allah da onu çürüdüb öldürdü".
Den.az olay-a istinadən xəbər verir ki, bunu Mətanət Əsədova "Bir gün" verilişində deyib.
Müğənni ad çəkməsə də, bir zamanlar düşmən olduğu mərhum Əməkdar artist Zöhrə Abdullayeva ilə qalmaqalından danışıb:
"Bir müğənni var idi. Canıma düşmən kəsilmişdi. Onu illərlə dindirmədim. Əməkdar artist Nüşabə Ələsgərli dedi ki, o müğənninin vəziyyəti yaxşı deyil, onu dindir. Xahişinə əməl etdim və dindirdim.
Mən böyük-kiçik yeri bilən insanam. Özüm 98 benzinəm, heç kimdən qorxmuram".
Xatırladaq ki, Zöhrə Abdullayeva və Mətanət Əsədova arasındakı qalmaqal 2012-ci ildə yaşanıb. M.Əsədova həmkarının ünvanına demişdi:
"Bir adam ki 63 yaşında Əməkdar artist adını alıb, o, mənim tayım deyil. Onun başı çatmır. O, mənimlə barışmaq üçün cəhdlər edir" sözlərini demişdi.
“Mən "98 benzinəm", heç kimdən qorxmuram” - VİDEO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.