Pop ifaçısı Maykl Ceksonun varisləri, zorakılıq ittihamları üzrə barışıq sazişi çərçivəsində Kasio ailəsinin beş üzvünə pul ödənişi ediblər.
DenMedia.az xəbər verir ki, bu barədə Financial Times məlumat yayıb.
Zərərçəkənlər iddia edirlər ki, müğənni uşaq yaşlarında onlara fiziki və mənəvi zərər yetirib.
Məlumata görə, 2,5 milyon dollarlıq saziş 2020-ci ildə imzalanıb.
Ailənin başçısı Dominik Kasio Ceksonun yaxın dostu, oğlu Frenk Kasio isə pop kralının şəxsi köməkçisi olub.
Frenk uzun müddət Ceksona qarşı ittihamları rədd edirdi, lakin “Neverlenddən ayrılmaq” adlı ifşaedici filmin yayımlanmasından sonra o və ailənin daha dörd üzvü mərhum sənətçini zorakılıqda ittiham ediblər.
2025-ci ildə iddiaçılar bildiriblər ki, barışıq sazişini təzyiq altında, şərtləri tam anlamadan imzalayıblar.
Kasio ailəsi hesab edir ki, onlar daha böyük təzminat və hekayələrinin ictimailəşdirilməsi hüququna malikdirlər.

