Moskvada sahibkar və milyarder İbrahim Süleymanov saxlanılıb. Ona bir neçə il əvvəl törədilmiş qətldə şübhə irəli sürülüb.
DenMedia.az xəbər verir ki, bu barədə Telegram kanalı Baza məlumat yayıb.
Kanalın verdiyi məlumata görə, sahibkar 2 oktyabr gecəsi tutulub. Digər detalları hələ açıqlanmayıb.
Yaxın vaxtlarda Süleymanova qarşı həbs-qətimkan tədbiri seçiləcək, istintaq onun həbsini tələb edəcək.
“İzvestiya” qəzetinin yazdığına görə, Süleymanov və qardaşı Rəsul 2024-cü ildə iri IT şirkəti “Sirena-Travel”in benefisiarları olublar.
2007-ci ildə sahibkarı dələduzluq və pul yuyulmasında ittiham ediblər. Zərər 4,5 milyon ABŞ dollarından çox olub. Başman məhkəməsi iş ortaqlarını on il azadlıqdan məhrum edib. 2015-ci ildə Süleymanov şərti olaraq azadlığa çıxıb.