Yapon aktyoru və parodiya ustası Retaro Simidzu 37 yaşında öz evində ölü tapılıb.
Yahoo nəşrinin məlumatına görə, istintaq ilkin olaraq hadisənin intihar nəticəsində baş verdiyini bildirib. Hadisə yerinə gələn tibb işçiləri aktyorun həyatını xilas edə bilməyiblər.
Simidzu televiziya karyerasına 2006-cı ildə “İşıq və kölgə” tarixi serialı ilə başlayıb. Daha sonra “Tam sürət”, “Hanço”, “Elit yankı Saburo” və “Gokusen” kimi layihələrdə rol alıb.
O, daha çox əyləncə proqramlarındakı çıxışları, məşhur ifaçıların səsini təqlid etməsi və parodiyaları ilə tanınıb. 2011-ci ildə parodiya sənətçiləri üçün proqram aparmağa başlayıb, daha sonra yerli musiqi müsabiqələrindən birində qalib olub.
Aktyorun həyat yoldaşı və bir qızı qalıb.

