Sibel Can və iş adamı Emir Sarıgüllə bağlı uzun müddətdir yayılan evlilik iddialarına yenisi əlavə olunub. Türkiyə mediasında yayılan məlumata görə, cütlük bu dəfə nikah üçün konkret tarix və məkan müəyyənləşdirib.
İddiaya əsasən, Sibel Can və Emir Sarıgül sentyabrın 17-də Marmarisdə evlənməyə hazırlaşırlar. Toy mərasiminin təxminən 500 nəfərlik qonaq siyahısı ilə keçirilməsi planlaşdırılır. Qonaqlar arasında sənət, biznes və media dünyasından tanınmış şəxslərin olacağı bildirilir.

Mətbuatda yayılan digər məlumata görə, toy üçün yüksək büdcəli hazırlıq görülür, qonaqların Marmarisə çatdırılması məqsədilə xüsusi təyyarələr və transfer avtomobilləri ayrılması nəzərdə tutulur. Bununla belə, cütlük evlilik xəbəri ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
Sibel Can üçün bu nikah üçüncü evlilik olacaq. O, daha əvvəl Hakan Uralla 1988–1999-cu, Sulhi Aksütlə isə 2000–2010-cu illərdə evli olub. Emir Sarıgül isə 2008-ci ildə Fatoş Altınbaşla ailə qurub, onların nikahı 2019-cu ildə başa çatıb.
Denmedia.az

