17 
avq
2023
00:25
197

Albaniyanın BMT-dəki nümayəndəsi: Söhbət humanitar məsələdən gedirsə, Xankəndi - Ağdam yolunu nəzərdən keçirmək olar

17 avq, 2023
00:25
197

Albaniyanın BMT-dəki nümayəndəsi: Söhbət humanitar məsələdən gedirsə, Xankəndi - Ağdam yolunu nəzərdən keçirmək olar

“Mayın əvvəlində ABŞ-də baş tutan sülh danışıqlarından sonra Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinin aktivləşməsini alqışlayırıq”.

"Den.az" xəbər verir ki, bunu Albaniyanın BMT-dəki daimi nümayəndəsi Fərid Hoca BMT Təhlükəsizlik Şurasının iclasında bildirib.

“Azərbaycan və Ermənistan liderləri 1991-ci il tarixli Almatı bəyannaməsinə sadiqliyini bir daha təsdiqləyiblər. Tərəflərin qonşuların suverenliyi, ərazi bütövlüyünə hörmət etməsi, mübahisələrin dinc yolla həllinə hazırlıqlı olması çox vacibdir. Hər iki tərəfin kompleksli sülh müqaviləsinə nail olmaq üçün uzunmüddətli danışıqlar planına sadiqliyini alqışlayırıq”, - diplomat vurğulayıb.
Onun sözlərinə görə, söhbət humanitar məsələdən gedirsə, digər variantların, xüsusən Xankəndi-Ağdam yolunun istifadəsi variantının nəzərdən keçirilməsi vacibdir:

“Humanitar tələbatlar siyasiləşdirilməməli və digər məsələlərin çözümü üçün sui-istifadə olunmamalıdır. Humanitar tələbatlar hər yerdə, həmçinin Qarabağ regionunda təmin olunmalıdır... Fikrimizcə, söhbət humanitar məsələdən gedirsə, mümkün olan hər şeyi, bütün variantları nəzərdən keçirmək lazımdır. Bura digər yollar, həmçinin təklif olunan Xankəndi – Ağdam yolu da daxildir”.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar