Məhkəmə İmişli Rayon Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsini 32 min manat cərimələyib.
Bu barədə Denmedia.az-a su idarəsinin əməkdaşları məlumat verib.
Belə ki, idarənin rəisi Samir Məmmədov ADSEA-nin aparat rəhbəri Fuad Quliyevin xeyir duası ilə vəzifəyə gələn kimi qanunsuz təmizləmə əməliyyatına başlayıb. Şuluzçu vəzifəsində çalışan iki əməkdaş Tağıyev Mirdamət Mirvəli oğlu və Nağıyev Tohit Mir Qalib oğlu işdən çıxarılıb.
Əməkdaşlarda bu qanunsuzluqla bağlı dərhal məhkəməyə müraciət ediblər. İddiaya görə, Məhkəmə İmişli Rayon Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin bu addımını qanunsuz hesab edib və barələrində qərar verib. Qəzara əsasən İmişli Rayon Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi 32 min manat cərimnə olunub və əməkdaşlarda öz vəzifələrinə qaytarılıb.
Əldə etdiyimiz məlumata görə, idarənin tarif şurasının təyin etdiyi məbləğdən əlavə qanunsuz su pulu yığımına da start verib. Bu barədə idarə əməkdaşları bildirib..
Xatırladaq ki, mediada ADSEA "qudalar agentliyi" kimi tanınır. Belə ki, ADSEA sədri Zaur Mikayılov bir qudası Fuad Quliyevi Aparat rəhbəri, digər qudası Əsəd Şirinovu müşavir təyin edib. Bu, Azərbaycanda və dünyada analoqu olmayan sistem idarəçiliyidir. Faktiki üç quda dövlətin strateji agentliyini ailə podratı kimi idarə edir. ADSEA-da bütün nöqsanlar, qohumbazlığın şəbəkə halını alması da elə buradan qaynaqlanır.

