ABŞ-ın Kaliforniya ştatında keçirilən şənlik zamanı baş verən atışma nəticəsində bir nəfər ölüb, daha altı nəfər yaralanıb.
Bu barədə Santa-Klara dairəsi şerifinin ofisi məlumat yayıb.
Yaralananların hamısı xəstəxanaya yerləşdirilib. Şübhəli şəxs hələlik saxlanılmayıb.
“Los Angeles Times”ın məlumatına görə, tədbirdə 300-dən çox insan iştirak edib. Şənliyin rəsmi icazə olmadan təşkil edildiyi və sosial şəbəkələrdə reklam olunduğu bildirilib.
Hadisə ilə bağlı araşdırma davam edir.

