İran Xəzər dənizində ölkəyə məxsus gəmiyə endirilən zərbəyə görə “Kiyevdəki müftəxora” cavab verəcək.
Bunu İranın xarici işlər naziri Abbas Araqçı sosial şəbəkədə yazıb.
Araqçı məsələni Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasla keçirdiyi danışıqlar zamanı gündəmə gətirdiyini bildirib.
“Avropa İttifaqının nümayəndəsi Kallas və xarici işlər naziri Lavrovla söhbətlər zamanı açıq şəkildə bildirdim ki, Kiyevdəki bu müftəxorun etdikləri cavabsız qala bilməz”, — deyə Araqçı yazıb.

