Türkiyənin Batman vilayətində hakim Ədalət və İnkişaf Partiyasının rayon təşkilatının rəhbərliyində təmsil olunan Mehmet Direk öldürülüb.
“Cumhuriyet” qəzetinin məlumatına görə, hücum zamanı onun oğlu və qardaşı oğlu da həyatını itirib.
Naməlum şəxs və ya şəxslər şəhər qəbiristanlığının ərazisində Mehmet Direk və qohumlarına atəş açıblar. Bildirilir ki, hər üç şəxs aldıqları güllə yaralarından hadisə yerində ölüb.
Hadisədən sonra polis ərazini mühasirəyə alaraq istintaq tədbirlərinə başlayıb. Hücum edənlərin tutulması üçün genişmiqyaslı axtarış əməliyyatı aparılır.
Cinayətin mümkün motivləri ilə bağlı hələlik rəsmi məlumat verilməyib.


