Cinayət işi üzrə təqsirləndirilən sahibkar Adnan Əhmədzadənin həbs müddəti daha iki ay uzadılıb.
DenMedia.az report-a istinadən xəbər verir ki, istintaq orqanının təqdimatı Səbail Rayon Məhkəməsində nəzərdən keçirilib.
Məhkəmənin qərarı ilə Adnan Əhmədzadə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha iki ay uzadılıb.
Qeyd edək ki, Əhmədzadə ötən ilin sentyabr ayında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Ona qarşı ölkənin iqtisadi təhlükəsizliyinə qarşı diversiya və xüsusilə külli miqdarda vəsaitin mənimsənilməsi ilə bağlı ittihamlar irəli sürülüb.

