“Azərbaycan Hava Yolları” aviaşirkəti (AZAL) Bakı-Maskat aviareysini işə salmağı planlaşdırır.
Bu barədə Azərbaycanın Omandakı səfirliyinin məlumatında bildirilib.
Məlumata görə, AZAL Oman paytaxtında Bakı-Maskat çarter reysinin təqdimatını keçirib.
Tədbirdə Azərbaycanın Omandakı səfiri Rəşad İsmayılov iştirak edib.
Mərasimdə çıxış edən diplomat bildirib ki, yeni reys turizm, biznes və humanitar əlaqələrin inkişafına töhfə verəcək.

