Space TV-də yeni kadr təyinatı həyata keçirilib. Bu barədə olke.az məlumat yayıb.
Məlumata görə, bununla bağlı telekanalın baş direktoru Ayaz Mustafayev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Nicad Qafuroğlu (Mustafayev) Space TV-nin bədii rəhbəri vəzifəsinə təyin olunub.
Qeyd olunur ki, 42 yaşlı Nicad Qafuroğlu bu təyinata qədər ARB 24 telekanalında baş prodüser vəzifəsində çalışıb.
Xatırladaq ki, mayın əvvəlində Space TV-də rəhbərlik dəyişikliyi baş vermişdi. Telekanalın baş direktoru Vado Korovin istefa verərək vəzifəsindən ayrılmış, onun yerinə isə Ayaz Mustafayev təyin olunmuşdu.

