İyunun 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz saatlarında buludluluğun qısa müddətə artacağı, bəzi şəhərətrafı ərazilərdə isə az yağış yağacağı ehtimal olunur.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Məlumata görə, şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 19-22°, gündüz isə 26-29° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət isə 60-70 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında isə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda qısamüddətli intensiv yağıntı, şimşək və dolu ehtimalı var.
Gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə duman müşahidə oluna bilər. Mülayim şərq küləyi əsəcək.
Rayonlarda havanın temperaturu gecə 20-25°, gündüz 29-33° isti, dağlıq ərazilərdə isə gecə 8-13°, gündüz 18-23°, bəzi yerlərdə 25-28° isti olacaq.

