fev
2024
01:32
161

Dünya futbolunda yenilik - “Mavi kart” gəlir

9 fev, 2024
01:32
161

Dünya futbolunda yenilik - “Mavi kart” gəlir

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) dünya futbolunda yenilik etməyə hazırlaşır.

“Den.az” xəbər verir ki, IFAB futbolçular üçün 10 dəqiqəlik ayrılıq cəzasını ifadə edən “mavi kart” tətbiq edəcək.

Yeni qaydaya görə, hakimi aldadan və ya ona kəskin etiraz edən oyunçular 10 dəqiqə meydandan kənarlaşdırılacaq.

Habelə, taktiki qayda pozuntularına görə cəzaları ağırlaşdırmaq məqsədi daşıyır.

Bundan başqa, yeni protokola əsasən, futbolçu iki mavi vərəqə alarsa, o, bir qırmızı vərəqə almış hesab olunacaq və oyundan kənarlaşdırılacaq.
Oyunçu sarı və mavi vərəqə alırsa, o, qırmızı vərəqə almış sayılacaq.

UEFA Prezidenti Aleksander Çeferin yeni protokolun əleyhinə olduğu üçün yayda keçiriləcək AVRO 2024 və gələn il keçiriləcək Çempionlar Liqasında bu qaydanın tətbiqi gözlənilmir.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar