18 
yan
2024
01:00
199

Sumqayıt Tibb Mərkəzi yanğınla bağlı məlumat yayıb-FOTO

18 yan, 2024
01:00
199

Sumqayıt Tibb Mərkəzi yanğınla bağlı məlumat yayıb-FOTO


17.01.2023-cü il tarixində saat 22:50 radələrində Sumqayıt Dövlət Texniki Kollecin yataqxanasında başlayan yanğınla əlaqədar Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Stansiyasının dərhal 3 briqadası hadisə yerinə cəlb edilib.


Bu barədə Den.az-a Sumqayıt Tibb Mərkəzindən bildirilib.

 
1954-cü il təvəllüdlü şəxs (kişi cinsli) “Digər qazların toksiki təsiri” diaqnozu ilə orta ağır vəziyyətdə hospitalizasiya olunub.
1981-ci il təvəllüdlü (kişi cinsli) və 1961 -ci il təvəllüdlü (qadın cinsli) şəxslərə “Digər qazların toksiki təsiri” diaqnozu ilə yerində yardım olunub. Durumları kafidir.
2 nəfər qadına isə “Stresə qarşı kəskin reaksiya” diaqnozu ilə yerində yardım olunub.


Briqadalar hazırda hadisə yerindədir.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar