Hindistan o qədər sürətlə inkişaf edir ki, heç bir dünya gücü onun fövqəldövlət olmasına mane ola bilməz.
Denmedia.az xəbər verir ki, Hindistanın müdafiə naziri Racnat Sinqx Madhya Pradeş ştatında çıxış edərkən deyib.
"Bəzi insanlar Hindistanın tərəqqisi ilə barışa bilmirlər. Onlar buna çox müsbət yanaşmırlar. Hindistanda istehsal olunan malların başqa ölkələrə ixrac edilərkən daha baha olması üçün cəhdlər edilir", - deyə Sinqx ABŞ Prezidenti Donald Trampın Hindistan mallarına rüsumları artırmaq qərarını şərh edərkən bildirib.
Müdafiə naziri xatırladıb ki, Hindistanın müdafiə ixracı ildə 240 milyard hind rupisini (2,7 milyard dollardan çox) keçib.
"Bu, özlüyündə rekorddur. Bu Hindistanın gücüdür, bu, yeni Hindistanın yeni müdafiə sektorudur və ixrac daim artır", - Sinq vurğulayıb.