Nyu-Yorkun mərkəzində yerləşən 102 mərtəbəli elit “432 Park Avenue” göydələnində çatlar yaranıb. Binada həmçinin sızmalar və lift nasazlıqları qeydə alınıb. Denmedia.az xəbər verir ki, bu barədə The New York Times yazır.
Nəşrin məlumatına görə, sakinlər binanın keyfiyyətindən artıq tikintinin başa çatmasından bir neçə il sonra şikayət etməyə başlayıblar. Onlar bildiriblər ki, tavanlardan su damır, liftlər tez-tez sıradan çıxır, və güclü külək əsəndə qonaq otaqları titrəyir və xışıltı səsləri gəlir.
“Müstəqil mühəndis ekspertlərin fikrincə və tikinti hesabatları ilə məhkəmə sənədlərinə əsasən, 2015-ci ildə açılan binanın fasadı zərbələr və yüzlərlə çatla örtülüb. Bu çatlar külək və yağışın kövrək konstruksiyaya həddindən artıq yük yaratdığını göstərir,” – deyə NYT yazır.
Ən ehtimal olunan səbəb kimi binanın ağ beton fasadı göstərilir.
Məqalədə qeyd olunur ki, bir sıra mütəxəssislər çatlar üçün elastomer örtükdən istifadə etməyi təklif ediblər, lakin bu, binaya parıltılı görünüş verəcəkdi və layihəçilərin estetik baxışına zidd idi.
The New York Times vurğulayır ki, memarlar və investorlar binanın təhlükəsizliyini estetik effekt naminə qurban veriblər.