İranın prezidenti Məsud Pezeşkiyan Tehranın həddindən artıq sıx əhali və su çatışmazlığı səbəbilə paytaxtın köçürülməsinə ehtiyac gördüyünü bildirib. Bu barədə IRNA agentliyi xəbər verir.
Pezeşkiyan deyib:
“Bizim seçimimiz yoxdur. Bu — zərurətdir.”
O izah edib ki, əgər Tehranın əhalisi daha da artsa, şəhərin bütün sakinlərini su ilə təmin etmək mümkün olmayacaq.
İran prezidenti vurğulayıb ki, su çatışmazlığı problemi təkcə Tehran üçün deyil, ölkənin bir sıra vilayətləri üçün də aktualdır.
Son beş ildə İranda yağıntıların miqdarında davamlı azalma müşahidə olunur. Yerli meteoroloji xidmətlərin məlumatına görə, bu il Tehranda yağıntı normadan 40% daha az olub.

