ABŞ prezidenti Donald Tramp Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevə bir neçə hədiyyə göndərib. Bu barədə Qazaxıstan prezidentinin mətbuat katibi Ruslan Jeldi̇bay məlumat verib.
Onun sözlərinə görə, hədiyyələr arasında Ağ Evin simvolik açarı və Trampın avtoqrafı olan beysbol papağı yer alıb. ABŞ prezidenti, eyni zamanda, Tokayevə şəxsi və səmimi arzularını da çatdırıb.
Ruslan Jeldibayın bildirdiyinə görə, etimadnamələrin təqdimetmə mərasimindən sonra baş tutan qısa söhbət zamanı Donald Tramp Qazaxıstanın ABŞ-dakı səfiri Məğcan İlyasova bu ilin noyabrında Oval kabinetdə Kasım-Jomart Tokayevlə keçirdiyi görüş barədə təəssüratlarını bölüşüb.
Bundan əlavə, Tramp Qazaxıstan prezidentinə olan hörmətini xüsusi vurğulayıb, Tokayevi təcrübəli dövlət xadimi və dəyərli insan kimi xarakterizə edib.

