Rusiya hüquq-mühafizə orqanları Başqırdıstanın mədəniyyət naziri Amina Şafikovanı saxlayıb. Bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, ona qarşı vəzifə səlahiyyətlərini aşma maddəsi üzrə ittiham irəli sürülə bilər. Saxlanılmanın, həmçinin nazirliyə tabeli qurumlarda dövlət satınalmaları ilə bağlı araşdırmalarla əlaqəli olduğu qeyd edilir.
Hazırda rəsmi ittihamlar və Şafikovanın prosessual statusu açıqlanmayıb.
Amina Şafikova 2012-ci ildən mədəniyyət naziri vəzifəsini tuturdu. 2010–2012-ci illərdə isə Ufa Dövlət İncəsənət Akademiyasına rəhbərlik edib. O, respublikanın əməkdar artisti idi və 2024-cü ildə xalq artisti adına layiq görülmüşdü.

