Ukrayna üzrə Cenevrədə keçiriləcək üçtərəfli danışıqlarda enerji infrastrukturuna zərbələrin dayandırılması məsələsi əsas mövzulardan biri olacaq. Bu barədə TASS agentliyinə Qərb mənbəsi məlumat verib. Görüşün 17–18 fevral tarixlərində baş tutacağı bildirilib.
Məlumata görə, “enerji atəşkəsi” ideyası yanacaq-energetika obyektlərinə qarşı davam edən qarşılıqlı hücumlar fonunda müzakirə olunur. Rusiya nümayəndə heyətinə Vladimir Medinski rəhbərlik edəcək.
“Enerji atəşkəsi məsələsi, şübhəsiz ki, qaldırılacaq”, – deyə agentliyin həmsöhbəti bildirib.
Danışıqların nəticəsi regionda vəziyyətin gərginliyinə birbaşa təsir göstərə bilər.

